İmişlidə taxıl biçininə start verilib.

  • SpaceTV
  • 2 İyun 2020 13:39

İlkin olaraq arpa biçilməsinə başlanılıb. Bu il İmişli rayonu ərazisində 17151 hektar sahədə taxıl əkilib. Sahələrin 7062 hektarı arpa, 10089 hektarı buğdadır. Hazırda arpa sahələrinin biçini müasir kombaynlarla aparılır. Bunun üçün sahələrə 40 taxılyığan kombayn cəlb edilib. Təsərrüfatçılar bildirir ki, müasir kombaynlarla biçinin aparılması məhsulun itkiyə getməsinin də qarşısını alır.

Hazırda biçin işlərinə cidd inəzarət edilir. Hava şəraiti əlverişli olduğundan məhsulun yığımında çətinlik olmur.

Qeyd edək ki, arpa sahələri tam biçildikdən sonra buğdanın tədarükünə start veriləcək.

Təöyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun