İmişlidə sil-silə oğurluqlar törədən şəxslər saxlanılıb

  • SpaceTV
  • 8 May 2020 12:22

İmişlidə törədilən sil-silə oğurluq faktlarının üstü açılıb.Cinayətkarlar polis tərəfindən zərəsziləşdirilib.Belə ki fevral ayında İmişi rayon polis şöbəsinə rayon sakinləri Hüseynov Ağamir Miriş oğlu və Əliyev Taeh Məhərrəm oğlu müraciət edərək evlərindən qızıl-zinət əşyası və pul vəsaitinin oğurlanması barədə məlumat verib.Keçirilən istintaq əməliyyat tədbirləri zamanı oğurluq hadisələrini törədən 1986 təvəllüdlü Lənkəran sakini Cəfərov Sakit Zakir oğlu və  1994 təvəllüdlü İmişli rayon Məhəmmədli kənd sakini Bəyalıyev Samit Sabir oğlu saxlanılıb.Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxslər İmişli ilə yanaşı qonşu rayonlardada sil-silə oğurluqlar törədib.Hər iki şəxs barəsində  Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4  maddələri  ilə ittiham elan olunub və İmişli rayon məhkəməsinin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Saxlanılan şəxslərin əvvələr də məhkumluq həyatı yaşadığı bildirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun