İmişlidə qəza olub.

  • SpaceTV
  • 11 Dekabr 2019 15:42

İmişlidə minik avtomobili piyadanı vuraraq öldürüb.

Ötən gün axşam saatlarında şəhərin mərkəzində rayonun Əliqulular kənd sakini,Vahid Cəfərov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini, 61 yaşlı Yasin Səmədovu vurub. Qəza nəticəsində piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Yasin Səmədovun həyatını xilas etmək mümkün olmayıb, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV  

Paylaş

 Xəbəriniz olsun