İmişlidə qəza olub

  • SpaceTV
  • 13 Dekabr 2019 16:31

Hadisə ötən gün axşam saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.  Belə ki, İmişli rayon sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi “Qazel” markalı avtomobil Beyləqan rayonunun Yuxarı Aranlı kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Emin Allahverdi oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində dünyasını dəyişib. “Qazel”in sürücüsü və minik avtomobilində olan-Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun