İmişlidə qətl törədilib

  • Space TV
  • 17 Avqust 2020 10:17

İmişli rayonunda qətl hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, hadisə İmişli rayonunun Buludlu kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Əliyev Malik Fəramiz oğlu bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin kim tərəfindən törədilməsi aydınlaşdırılır.

Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun