İmişli rayon sakini Qismət Abbasov rayon polis şöbəsinə gələrək evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat və 650 ABŞ dollarının oğurlanması ilə bağlı müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Elbrus Muradov saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif ünvanlarda oğurluq edən Umud Umudlu və Qəzənfər İsaqlı şübhəli şəxs qismində saxlanılıb. Adı çəkilən şəxslər mal-qara oğurlayıb bazarda satmağa aparan zaman elə iş başında yaxalanıb. Dindirilmə zamanı Qəzənfər İsaqlının müxtəlif vaxtlarda digər cinayət əməlləri də aşkar olunub.
Hər iki faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, istintaq davam edir.
Təyyar Nəsirli SPACE TV