İmişlidə mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb

  • Space TV
  • 1 Fevral 2020 14:58

İmişli rayon sakini Röyal Qasımov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Bəhrəmtəpə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş 26 yaşlı İlkin Hüseynov, 27yaşlı Fəxri Gözəlov və Biləsauvar rayonunda yerləşən Cəbrayıl  rayon məcburi  köçkün qəsəbə sakini, 32 yaşlı Zaur Yadigarov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan xırdabuynuzlu heyvanların müəyyən bir qismi maddi sübut kimi götürülərək sahibinə təhvil verilib. Ətraflarında aparılan araşdırmalar nəticəsində həmin şəxslərin digər cinayət əməlində də əli olduğu aşkarlanıb.

Sinxron:İlkin Bağırzadə-RPŞ-nin müstəntiqi…

Video:Faktlarla bağlı İmişli  Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Təyyar Nəsirli SPACETV

Paylaş

 Xəbəriniz olsun