Aylardır çəkilən əziyyət hədər getməyib, istixanalarda bol məhsul yetişib. İstixanalarda əsasən “maxitos” sortundan olan pomidor şitilləri əkilib. Bu sort digərlərindən daha məhsuldar olması ilə seçilir.
Yığım aparılan istixana 34 sot ərazidə salınıb. Burada 10 min şitil əkilib. Fevral ayında yığıma başlanılıb və indiyədək 1 ton 600 kiloqram məhsul tədarük edilib. Hazırda kollarda üçüncü dərim aparılır. Hələ iki ay ərzində də məhsul yığılacaq. Alıcılar da məhsulun keyfiyyətindən və bol olmasından razılıq edir.
Qeyd edək ki məhsul yığımı iyun ayına qədər davam edəcək.Növbəti mövsüm üçün isə noyabr ayında şitil əkininə başlanılacaq.
Təyyar Nəsirli SPACE TV