İmişlidə fermanın yanması nəticəsində təsərrüfat sahibinə küllü miqdarda ziyan dəyib.

  • Space TV
  • 20 İyun 2020 12:03

Yanğın İmişli rayonunun Xəlfəli yaşayış məntəqəsinin ərazisində kənd sakini Ədalət Quliyevə məxsus fermada  baş verib. Anidən baş verən yanğının əhatə dairəsi daha da genişlənib. Məlumat daxil olan kimi hadisə yerinə FHN-nin İmişli yanğından mühafizə hissəsinin yanğısöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq ümumi sahəsi 1400 kvadratmetr olan tövlənin qamışdan ibarət dam örtüyü 600 kvadratmetri sahəsi yanıb. Ferma sahibi Ədalət Quliyevin sözlərinə görə, yanğın zamanı tövlədə olan  90 baş erkək dana,  40 ton buğda  və 15 min yonca bağlaması yanaraq məhv olub. Ümumilikdə təsərüfat sahibinə 500 min manata qədər maddi ziyan dəyib. Tövlədəd qalan  250 baş iribuynuzlu heyvan isə təhlükəsiz əraziyə köçürülüb. Fermadakı yanğının elektrik naqillərində qısa qapanmadan baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun