İmişlidə fərdi yaşayış evində yanğın zamanı bir nəfər xəsarət alıb

  • SpaceTV
  • 11 Aprel 2020 15:57

Yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Aranlı kəndində qeydə alınıb.Kənd sakini Mədətov Bəhrəm İslam oğluna məxsus 2 mərtəbəli evdə yanğın başlayıb.Alov anidən güclənərək evi bürüyüb.Hadisə zamanı ev sahibinin oğlu,  1989-cu il təvəllüdlü Mədətov İbrahim Bəhrəm oğlu yanıq xəsarəti alıb. O, İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanğın nəticəsində  ümumi sahəsi 200 kvadratmetr olan 2 mərtəbəli evin  dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.  Evin qalan hissəsi yanğından mühafizə olunub və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.  

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun