Space.TV-yazır ki, İmişlidə 9 otaqlı fərdi yaşayış evi yanıb. Nəticədə 3 ailə evsiz qalıb.
3 ailənin evsiz qalması ilə nəticələn yanğın hadisəsi İmişli rayonu Depo məhəlləsində qeydə alınıb. Belə ki, 39 yaşlı Elnur Ələkbərova məxsus 9 otaqdan ibarət fərdi yaşayış evinin dam örtüyü anidən alovlanmağa başlayıb. Qısa müddətdə güclənən yanğın evi cənginə alıb. Bu barədə aidiyyati qrumlara xəbər verilib. Məlumat daxil olan kimi FHN-nin İmişli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Bir müddətdən sonra yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq ümumi sahəsi 220 kvadratmetr olan evin 165 kvadratmetr sahəsi içindəki əşyalarla birlikdə yanaraq kül olub. Nəticədə 12 nəfərdən ibarət 3 ailə evsiz qalıb.
Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırmalar aparılır.
Təyyar Nəsirli – Space İmişli.