İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Space TV -nin bölgə müxbiri məlumat verir ki , hadisə gecə saatlarında baş verinb.
Qəza İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib. Hadisə zamanı avtomobildə 5 nəfər olub. Məlumata görə, “Opel” markalı minik avtomobili idarəetməni itirərək su kanalına düşüb.
Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.