İmişlidə avtomobil kanala düşdü, sürücü xəstəxanalıq oldu

  • SpaceTV
  • 30 Oktyabr 2019 11:06

İmişlidə yol qəzası baş verib.

SPACE TV-in məlumatına görə, hadisə rayonun Otuziki kəndi ərazisində qeydə alınıb. İmişli rayon sakini, 1977-ci il təvəllüdlü Qarayev Qarakişi Ənvər oğlu idarə etdiyi “Mitsubishi” markalı maşını kanala aşırıb. 

Qəza zamanı müxtəlif xəsarətlər alan sürücü İmişli Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun