İmişlidə avtomobil divara çırpılıb, sürücü xəsarət alıb.

  • Space TV
  • 29 Fevral 2020 15:11

Rayonun Bəhrəmtəpə qəsəbəsinin sakini, 1985-ci il təvəllüdlü Müşfiq Xaləddin oğlu Hüseynovun idarə etdiyi “Ford” markalı yük maşını ilə hərəkətdə olarkən anidən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə ağaca dəyib, sonra isə divara çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Faktla bağlı araşdırma aparılır. 

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun