Hadisə səhər saatlarında İmişli şəhəri Pənah Həsənov və Nəcməddin Savalanov küçələrinin kəsişdiyi yerdə qeydə alınıb. Belə ki, İmişli sakini, 1981 təvəllüdlü Gülməmmədov Ruslan Dünyamalı oğlunun idarə etdiyi “Kamaz” markalı yük maşını ilə və rayonun Yalavac kənd sakini,196-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun idarə etdiyi “Qazel” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Qazeli”in sürücüsü hadisə yerində dünyasını dəyişib. “Kamaz”ın sürücüsü və digər 2 nəfər-1971-ci il təvəllüdlü Həmzəyev Fərhad Bəybala oğlu, 1974-cü il təvəllüdlü Musayev Niyaməddin Ərzuman oğlu xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təyyar Nəsirli SPACE TV