İmişlidə ağır qəza: Sürücü hadisə yerində öldü

  • Space TV
  • 9 Sentyabr 2020 21:13

İmişlidə avtoqəza zamanı sürücü ölüb. 

Spacetv.az-ın məlumatına görə, İmişli şəhərində “QAZ 24” markalı avtimobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “QAZ 24”ün sürücüsü, Yuxarı Qaralar kənd sakini, 1966-cı il təvəllüdlü Nağıyev Əlikram Fərzəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun