İmişli sakini öz qouhmunun evindən pul və qızıl oğurlayıb

  • Space TV
  • 1 May 2020 15:06

İmişlidə oğurluq faktının üstü açılıb.Rayonun Aranlı kənd sakini Xudiyev Ələddin Əhəd oğlu rayon polis şöbəsinə  müraciət edərək evindən  qızıl-zinət əşyası  və pul oğurlanması barədə  məlumat verib.  Aparılan  əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Tağıyev Əlişir Məhərrəm oğlu  şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin  ev sahibi ilə qohum olduğu da  üzə  çıxıb. İlkin dindirilmə zamanı Əlişir Tağıyev törətdiyi əməli etiraf edib..

Faktla  bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb,  istintaq  davam etdir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun