İmişli rayonunda baytar həkimləri tərəfindən iribuynuzlu və təkdırnaqlı heyvanlarda qarayara xəstəliyinə qarşı peyvəndıəmə işlərinə start verilib.

  • Space TV
  • 15 Yanvar 2020 15:34

İmişlidə heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə işlərinə bir neçə gündür başlanılıb. Bunun üçün rayon ərazisində olan mal-qara yerli baytar həkimlər tərəfindən qeydiyyata alınır və tədbirlər planına uyğun olaraq peyvəndləmə işlərinə başlanılır. İlkin olaraq iribuynuzlu və təkdırnaqlı heyvanlarda qarayara xəstəliyinə qarşı peyvəndləmə, itlərdə isə quduzluğa qarşı vaksinasiya aparılır.

Mütəxəssislərin fikrincə, mal-qara arasında qarayara xəstəliyi ən təhlükəli xəstəlik hesab olunur. Vaxtında qarşısı alınmasa böyük fəsadlar ola bilər. Qarayara xəstəliyi zamanı heyvanlarda temperatur yüksəlir, qanda parçalanma gedir.

Rayonda heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə fevralın əvvəlinə kim başa çatdırılacaq. Bundan sonra mal-qara arasında dabaq və nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işləri aparılacaq. Qeyd edək ki, görülmüş profilaktik tədbirləri nəticəsində rayonda epizootik vəziyyət stabil olaraq qalır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun