İMF – neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb

  • SpaceTV
  • 21 Sentyabr 2019 10:28

Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb.

“Space” İMF-in yeni hesabatına istinadən xəbər verir ki, Fondun proqnozlarına əsasən bu ilin sonuna neftin bir barrelinin orta illik qiyməti 63,5 ABŞ dolları təşkil edəcək.

2020-ci ildə isə neftin bir barrelinin illik qiyməti 3,6 dollar və ya 5,7% azalaraq 59,9 dollar təşkil edəcəyi gözlənilir.

Fondun proqnozuna əsasən, 2021-ci ildə neftin bir barrelinin orta illik qiyməti 58,0 dollar olacaq ki, bu da daha əvvəlki ilə nisbətdə 1,9 dollar və ya 3,2% azdır. 2022-ci və 2023-cü illərdə isə neftin orta illik qiyməti 57,2 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2021-ci ilə nisbətdə 0,8 dollar və ya 1,38% azdır.

Hesabatda vurğulanır ki, 2024-cü ildə neftin bir barrelinin orta illik qiyməti cüzi artacağı proqnozlaşdırılır. Belə ki, 2024-cü ildə neftin bir barrelinin orta illik qiyməti 57,6 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 0,4 dollar və ya 0,7% artacaq.

Paylaş

 Xəbəriniz olsun