İlon Maskın “Starship”ı yenə partladı – VİDEO

  • Space TV
  • 3 Fevral 2021 16:05

ABŞ-ın Texas ştatının Boka-Çika poliqonunda “SpaceX” şirkətinin “Starship” raketinin növbəti sınaqları uğursuzluqla nəticələnib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.https://player.baku.tv/embed/33103

Bildirilir ki, təkrar istifadə edilə bilən kosmik gəminin prototipi ötən dəfə olduğu kimi eniş zamanı partlayıb.

Qeyd edək ki, İlon Maskın “SpaceX” şirkəti 2012-ci ildən bəri Marsa uçuşlar üçün xüsusi kosmik gəmi hazırlayır. Bu müddət ərzində kiçik irəliləyişlər olsa da hələ ki, sınaqlar tam müvəffəqiyyətlə nəticələnməyib.

İşçi adı SN9 olan gəminin son prototipi fevralın 2-də qəzaya uğrayıb. Apparat 6 dəqiqə 26 saniyə havada qalıb və eniş edərkən partlayıb. İlkin məlumatlara görə, qəzaya səbəb mühərriklərin nasaz işləməsi olub.

Paylaş

 Xəbəriniz olsun