İlon Mask yeni şəhər salır

  • Space TV
  • 3 Mart 2021 10:50

Amerikalı təşəbbüskar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər salacağını deyib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb:

“Texasda Starbeys şəhərini yaradıram”.

Bu şəhərin ərazisinin “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çikadan xeyli böyük olacağı məlumdur. Bundan əlavə, Starbeysdə itlərə “çox” yaxşı davranılacağı qeyd edilir.

Qeyd edək ki, Mask 2020-ci ilin sonunda Kaliforniyadan Texasa köçüb.

Paylaş

 Xəbəriniz olsun