İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu

  • Space TV
  • 19 Avqust 2020 10:10

“Tesla” səhmləri tarixi rekord təşkil edib. Bazar ertəsi hərraclarında şirkətin səhm qiyməti 1836 dollara yaxınlaşıb.

Spacetv.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla da “Tesla”nın rəhbəri İlon Mask dünyanın ən varlı insanları arasında dördüncü yerə yüksəlib.

Onun bu mövqeyi qoruyub-qorumayacağını söyləmək çətindir.

ABŞ şirkəti təkcə yüksəlişləri ilə məşhur deyil. Qeyd edək ki, keçən il bu şirkətin 775 milyon dollar zərəri olub. 

Paylaş

 Xəbəriniz olsun