İlon Mask “Bitcoin”in dəyərini yüksəltdi

  • Space TV
  • 29 Yanvar 2021 17:32

Dünyanın ən populyar kriptovalyutası “Bitcoin”in dəyəri günorta saatlarında qəfil artaraq 37 min ABŞ dolları təşkil edib.

“RİA Novosti” xəbər verir ki, bu, məşhur milyarder İlon Maskın “Twitter” səhifəsinə “Bitcoin”i işarələdikdən sonra baş verib.

20-dən çox birja üçün ortalama qiyməti hesablayan “CoinMarketCap” portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə təxminən 13:51-də kriptovalyutanın qiyməti 17,2% artaraq, 36 316 dollara qalxıb.

Kriptovalyutanın ən böyük ticarət dövriyyəsi olan “Binanace” birjasında isə “Bitcoin”in dəyəri 19,23% artaraq, 37 155 dollar təşkil edib.

Maskın qeydindən əvvəl kriptovalyuta 32 min dollardan bir az artıq qiymətə ticarət edilib, yəni onun qiyməti təxminən 1 saat ərzində 16% yüksəlib.

Paylaş

 Xəbəriniz olsun