İlkay Gündoğan koronavirusa yoluxdu

  • SpaceTV
  • 21 Sentyabr 2020 14:29

Almaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu İlkay Gündoğanda koronavirus aşkarlandı.  

Spacetv.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı türkəsilli alman yarımmüdafiəçi 10 günlük karantinə alınıb. 

Qeyd edək ki, “Mançester Siti” bu gün İngiltərə Premyer Liqasının II turunda “Vulverhempton”la qarşılaşacaq. İlkay Gündoğan 2019/2020 mövsümündə bütün turnirlərdə 50 matçda iştirak edib və 5 qol vurub. 

Paylaş

 Xəbəriniz olsun