İlk yerli kombayn test edildi

  • SpaceTV
  • 30 İyun 2020 16:51

Bu ildən etibarən ölkəmizdə yerli sampo markalı kombaynın istehsalına başlanılıb. Yerli, tam müasir kombaynın sınağı ilk dəfə Oğuzun Sincan kəndindəki taxıl sahələrindən birində test edildi.  Bu barədə kombaynın test edilməsini müşahidə edən “Aqrolizinq” ASC İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirdi. Həmin kombaynların müvafiq alqı-satqı müqaviləsi ilə satınalınması həyata keçirilib.

İlk olaraq kombayn vasitəsilə fermer Mehralı Səfərəliyevin sahəsində biçin aparıldı. Ömrünün  30 ilini əkinçiliyə həsr edən fermer 10 ilə yaxın idi ki,  köhnə  kombaynla çalışırmış. Kombayn bir gün işləyir, beş gün nasaz olurmuş. Yeni kombayn isə cəmi bir neçə saatda zəmilərdən birinin biçinini uğurla başa çatdırdı.

Oğuz rayon Dövlət Aqrar İnkişaf mərkəzindən bildirildi ki, bu il sahələrə 80-ə yaxın kombayn cəlb edilib.Yerli istehsal olan kombaynın gətirilməsi Sincan kənd fermerlərinin əvvəlki illərdən fərqli olaraq biçini vaxtında və itkisiz başa çatdırmasına böyük töhfə vermiş olacaq.  

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun