İlk müasir tullantı sutəmizləyici qurğunun tikintisi

  • SpaceTV
  • 6 Sentyabr 2019 12:30

Azərbaycanda yeni texnologiyalara əsaslanan ilk müasir tullantı sutəmizləyici qurğunun tikintisinin son mərhələsi üzrən işlərə başlanıb. Pirşağı tullantı sutəmizləyici qurğusunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti xüsusi gəmilərlə Hövsandakı tikinti meydançasından gətirilərək quraşıdırlıb.

 Xəzər dənizinin ekoloji sabitliyinin qorunub saxlanılması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib. Xəttin korroziyaya qarşı davamlılığını təmin etmək üçün borular daxildən və xaricdən xüsusi materialllarla izolyasiya olunub. Bu yaxınlarda boruların quraşdırılması işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilb. Xəttin uzunluğu və kütləsinin ağırlığı nəzərə alınaraq daşınma işlərinə xüsusi təyinatlı gəmilər cəlb olunub. 4 gün davam edən mürəkkəb texnoloji proses nəzərdə tutulmuş vaxtda, keyfiyyətlə və təhkükəsiz şəraitdə icra edilib. Pirşağı tullantı sutəmizləyici qurğunun çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırlıb. Bütün bunlar nəzərə alınaraq dənizin dibi ilə marşrut müəyyən edilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb.

Qeyd edək ki, 2017-ci ildə tikintisinə başlanmış Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90 faizdən çoxu yerinə yetirilib. Ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri həyata keçirilir. Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində 11 qəsəbədə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq.

Paylaş

 Xəbəriniz olsun