İlk dəfə olaraq Bələdiyyə seçkilərində şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələrinə terminallar verilib

  • Space TV
  • 21 Dekabr 2019 11:52

Ölkəmizdə 5 ci dəfə baş tutacaq bələdiyyə seçkilərinə 2 gün qaldı.Artıq respublika üzrə bütün dairə seçki komissiyaları tərəfindən seçki məntəqələri seçki gününə  tam hazır vəziyyətə gətirilib.Ötən gündən başlayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən bütün dairələrə seçki günü məntəqələrə yeni nəsil şəxsiyyət vəsiqələri ilə gələn seçicilərin səs verməsini təmin etmək üçün yeni terminallar paylanılıb.

29 saylı Səbail seçki dairəsi üzrə bütün seçki məntəqələrində vətəndaşlara bildirişlərin paylanılması başa çatıb.Seçki günü dairə üzrə 30 daimi,  1 isə müvəqqəti olmaqla 31 məntəqə fəaliyyət göstərəcək ki, bu məntəqələr artıq seçki üçün  lazım olan cihaz və avadanlıqlarla təhciz olunub.

26 saylı Sabunçu 1-ci seçki dairəsi üzrə seçki günü 37 məntəqə fəaliyyət göstərəcək ki, artıq bütün məntəqələr tam hazır vəziyyətə gətirilib.Dairə üzrə 10 məntəqə veb-kamera ilə təchiz olunub , bütün məntəqələrə yeni nəsil şəxsiyyət vəsiqələrinin tanınması üçün avadanlıqlar paylanılıb, bu dairə üzrə 38865 seçici qeydiyyata alınıb.Həmçinin Sabunçu 1-ci seçki dairəsi üzrə gözdən əlil seçicilərin səsverməsi üçün də şərait yaradılıb.Bütün məntəqələrdə əlavə olaraq xüsusi şriftlərlə hazırlanmış seçici siyahıları tərtib edilib.

Xatırladaq ki, dekabrın 23-ü baş tutacaq bələdiyyə seçkilərində ölkə üzrə bütün seçki məntəqələri səhər saat 8:00-dan fəaliyyətə başlayacaq

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun