İlham Əliyevdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM imzaladı

  • Space TV
  • 9 Mart 2020 16:04

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirdaməd Mirsadıq oğlu Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Sadıqov 2013-cü ilin fevralından İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı olub və 2020-ci il martın 5-də dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad edilib.

Paylaş

 Xəbəriniz olsun