İlham Əliyevdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN

  • Space TV
  • 11 Dekabr 2020 15:31

Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərman imzalayıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sənədə əsasən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilir. 

Paylaş

 Xəbəriniz olsun