İlham Əliyev Xalq rəssamını təltif etdi

  • SpaceTV
  • 15 Fevral 2020 16:49

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fazil İmamverdi oğlu Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı SPACE TV  məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.

F.Nəcəfov heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycanda heykəltəraşlıq sənətində avangardlıq üslubun təsisçisidir.

Fevralın 16-da F.Nəcəfovun 85 yaşı tamam olacaq.

Paylaş

 Xəbəriniz olsun