İlham Əliyev Xalq artistini təltif etdi – SƏRƏNCAM

  • Space TV
  • 4 Fevral 2020 17:06

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlibaba Balaəhməd oğlu Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Məmmədov Azərbaycanın Xalq artisti, xanəndə, bəstəkardır.

Paylaş

 Xəbəriniz olsun