İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

  • Space TV
  • 9 May 2020 14:00

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir.

SPACE TV  xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Paylaş

 Xəbəriniz olsun