İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi haqqında tapşırıq verdi

  • SpaceTV
  • 25 Yanvar 2020 15:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə SPACE TV-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. 

Paylaş

 Xəbəriniz olsun