İlham Əliyev SƏRƏNCAM İMZALADI

  • Space TV
  • 6 May 2020 16:17

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

SPACE TV xəbər verir ki, sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10 milyon manat Təhsil Nazirliyinə ayrılıb.

Paylaş

 Xəbəriniz olsun