İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin əsas məqsədlərini AÇIQLADI

  • Space TV
  • 26 Fevral 2021 13:55

“Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da noyabrın 10-da imzalanmış bəyanatda müəyyən mənada öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”. 

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdamda Mərzili kəndi yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitorinq mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi post-müharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən PUA-larından istifadə edərək münaqişə zonasındakı qarşıdurmaların olmamasını təmin etməkdir. Əgər olarsa, mərkəz kimin bunu törətdiyini təsbit etməlidir. Diversiya qrupu istisna olmaqla bu günə qədər hər hansı ciddi qarşıdurma olmayıb”, – deyə ölkə başçısı bildirib.

Paylaş

 Xəbəriniz olsun