İlham Əliyev göstəriş verdi: Nazirlər Kabineti 100 min dollar yardım etdi

  • Space TV
  • 6 Mart 2020 16:17

Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd etmək istərdik ki, İƏT-in sözügedən idarəsinin Regional Ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu ildə Abu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 mayda Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub. 

Paylaş

 Xəbəriniz olsun