İlham Əliyev general-mayoru təltif etdi – SƏRƏNCAM

  • Space TV
  • 8 Fevral 2021 16:17

Prezident İlham Əliyev Yusif Yevgenyeviç Axund-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Yusif Yevgenyeviç Axund-zadə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, general-mayor Y.Axund-zadə Azərbaycanın hərbi – dirijoru və pedaqoqu, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisidir.

Paylaş

 Xəbəriniz olsun