İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

  • Space TV
  • 24 Dekabr 2019 16:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

SPACE TV  xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulanıb.

Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd edib.

Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirilib, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulanıb.

Paylaş

 Xəbəriniz olsun