İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım ayırdı

  • Space TV
  • 23 Dekabr 2019 17:22

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı SPACE TV  məlumat verib. 

Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə yüz manat məbləğində birdəfəlik yardım ödənilsin.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən yeddi milyon altı yüz min manat ayrılıb. 

Paylaş

 Xəbəriniz olsun