İlham Əliyev azərbaycanlı şahmatçını təltif etdi

  • Space TV
  • 13 Aprel 2020 16:51

Prezident İlham Əliyev Faiq Zülfüqar oğlu Həsənovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı SPACE TV  məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, F.Həsənov Azərbaycan şahmatçısı, şahmat hakimi və televiziya aparıcısıdır. 

Paylaş

 Xəbəriniz olsun