İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi

  • Space TV
  • 24 Dekabr 2019 12:35

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.

SPACE TV  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşüb.

Paylaş

 Xəbəriniz olsun