İldırım vurması nəticəsində bir ailənin altı üzvü həlak oldu

  • SpaceTV
  • 18 Sentyabr 2020 15:18

Kambocanın Battambanq şəhərində yaşayış evinə ildırım düşməsi nəticəsində bir ailənin altı üzvü həlak olub, daha dörd nəfər ağır yaralanıb.

Spacetv.az xəbər verir ki, bu barədə yerli “Khmer Times” nəşri məlumat yayıb.

Faciə gecə saatlarına təsadüf edib.

Qeyd edək ki, hazırda Kambocada və qonşu Cənub-Şərqi Asiya ölkələrində yağış mövsümü olduğundan oxşar hadisələr tez-tez baş verir.

Paylaş

 Xəbəriniz olsun