Space “Hindustan Times”a istinadən xəbər verir Hindistanın Qarhva dairəsində ildırım düşməsi nəticəsində 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Məlumatda bildirilir ki, hadisə Loxarpurva kəndində baş verib. Belə ki, ildırım 6 nəfərin altında oturduğu ağaca düşüb və nəticədə onlar ölüblər. Daha 2 nəfər Qarhva xəstəxanasında keçinib.
Tat rəhbərliyi ölənlərin hər birinin ailəsinə 5,6 min ABŞ dolları məbləğində təzminat ödəyəcəyinə və zərərçəkənləri lazımi müalicə ilə təmin edəcəyini söz verib.