İlantutan adam – VİDEO

  • SpaceTV
  • 15 Noyabr 2019 10:41

Tez tez ailəsini başına yığıb birinci Qarabağ muharibəsi ilə bağlı xatirələrini danışır. Qarabağ şahinləri batalyonunda xidmət ediB. Döyüş yoldaşlarının heç birini unutmayıb.Özünün də qəhrəmanlıqları az olmayıb. Dövrün qəzetləri onun igidlikləri haqqında çox yazıb. İstilər düşəndə ermənilər tez tez işğal olunmuş ərazilərdə yanğınlar törədir. Bu zaman həmin ərazilərdən çoxlu sayda ilanlar qaçır. Oİna görə Quzanlı kəndinin ətrafındakı ərazilərdə ilan tapmaq ən asan işdir

Elə bu səbəbdən Mirhəsən Abıyevin işləri çoxalır. İşinin elmi adı isə serpentologiyadır. Uşaqlıqdan ilanlara sevgisi olub.

Mirhəsən ilanlarla bağlı bəzi sirləri açdı. Məlum oldu ki bu heyvanın görmə qabiliyyəti çox zəifdir. İlanlar yalnız hissiyyatları ilə hərəkət edir. Tempraturun 2 dərəcə dəyişməsi ilanın təhlükənin harda olduğunu bilməsi üçün kifayətdir.  İlan bilməlidir ki sən onun düşməni deyilsən. Buna nail olmaq üçün isə ilanı tanımaq onun xüsusiyyətlərinə bələd olmaq kifayətdir.

Mirhəsən gürzə ilə oynayır onu tumarlayır. Deyir ki ilan insana yaxınlaşıb onu yoxlaya bilər amma heç vaxt toxunmaz. Bəzən kənardan baxanlar onun ilanı əlinə götürməsindən, ilanın nazı ilə oynamasından heyrətə gəlirlər.Amma Mirhəsən ehtiyyatı əldən vermir. O, bilir ki ilan nə qədər dost olsa da yenə də ilandır.

El arasında Mirhəsənə vergi verildiyi deyilir. Ona görə ilanlar nə bu insana nə də onun ailəsinə toxunur. Amma o əmindir ki əsas məsələ işini bilməkdir.  Məsələn o, ilanın hansı yerlərdə gizləndiyini yaxşı bilir.

Mirhəsən belə yerə gələn insanlara ehtiyyatlı olmağı, onları öldürməyi yox ərazidən uzaqlaşdırmağı məsləhət görür.

İnsanların çox olduğu yerlərdə ilanları tutmaq və onları insan ayağı dəyməyən yerlərə buraxmaq Mirhəsənin əsas vəzifəsidir.

Bu mirhəsənin işidir, gözə dəyməyən amma çox vacib işdir. Çox insanın həyatı məhz Mirhəsənin işindən asılıdır.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun