İkiqat sevinc

  • SpaceTV
  • 16 Sentyabr 2019 17:00

Yeni tədris ilinin başlanmasını Biləsuvar rayon Nizami Gəncəvi adına 1 saylı orta məktəbin kollektivi iki qat sevinclə qarşılayıblar. Belə ki, ölkə başçısının sərəncamı ilə sözü gedən təhsil müəsissəsi üçün tikilən 1176 şagird yerlik müasir tələblərə cavab verən yeni məktəb binası şagirdlərin ixtiyarına verilib. 

Bu gün isə o şəraitsiz, uçuq-sökük tiklinin yerində 4 mərtəbədən ibarət 5 korpuslu yeni məktəb binası ucaldılıb. Kənardan görkəmi ilə diqqət çəkən yeni binaya daxil olanda, həm də görürsən ki, şagirdlərin rahat təhsil almaları üçün bütün incəliklər nəzərə alınıb. Sinif otaqlarının ölçüləri şagirdlərin sayına uyğunlaşdırılıb. Məktəbə qədər hazırlıq qrupu üçün birinci mərtəbədə ayrıca kabinet qurulub. Ümumiyyətlə məktəbdə dərslərin yüksək səviyyədə tədrisi üçün hər cür şərait yaradılıb. 6 fənn kabneti və laboratoriyalar qurulub. Bundan əlavə ikinci mərtəbədə zəngin kitabxana və ayrıca oxu zalı da şagirdlərin ixtiyarında verilib. Linqafon və elektron tədris mərkəzi də məktəblilərin zəngin bilik almasına xidmət edəcək.

Yeni təhsil kompleksində təhsil alacaq 1176 şagird bədən tərbiyyəsi və idman fənninin sirlərinə də rahatlıqla yiyələnib,  sağlamlıqlarının keşiyində dura biləcəklər. Bunun üçün qapalı və açıq idman meydançası tikilib. Havalandırma sistemi və mərkəzləşdirilmiş istilik sitemi ilə təchiz olunan məktəb binasının ayrı-ayrı yerlərində 26 ədəd kamerada quraşdırılıb. Bu da şagirdlərin dərsdən yayınmamasına, eləcə də baş verə biləcək xoşa gəlməz hadisələrin vaxtında qarşını almağa imkan verəcək.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu. Space. Biləsuvar.

Paylaş

 Xəbəriniz olsun