Qərb bölgəsində yaz əkini əsasən Taxıl, ikinci çörək olan kartof və qarğıdalı becərilir ki, bu da ikinci əkin üçün yaxşı imkan yaradır. Artıq fermerlər burda ikinci əkinə də üstünlük verirlər.
Son vaxtlar ikinci əkinə fermerlərin marağı artıb. Bu özünü daha çox su mənbələrinə yaxın olan torpaq sahələrində daha qabarıq göstərir . Əkinin növü isə fermerlərin daha çox gəlir gətirən sahələrə marağından irəli gəlir. Ağstafa rayonu dağ ətəyi olduğundan bu rayonda daha çox qısa müddətdə məhsul verən tərəvəz növləri becərilir. Məsələn Lobiya Qarğıdalı xiyar kimi məhsullar becərilən sahələrdə üstünlük təşkil edir.
Fermerlər deyir ki, ikinci əkini əsasən həyətyanı sahələrdə əkməyə üstünlük veririk . Əgər əkdikləri sahələrdən yaxşı məhsul götürsələr o halda gələcəkdə bu sahəni genişləndirmək olar .
Fermer bu il payızlıq məhsulun qiymətlərində artımın olduğunu da qeyd edib . Onun sözlərinə görə, əgər məhsuldarlıq yüksək olsa növbəti il coxşaxəli məhsullardan da becərməyi planlaşdırır. Bu isə fermerin götürəcəyi məhsuludan asılıdır .
Qeyd edək ki, qərb bölgəsində yaz əkini əsasən Taxıl, ikinci çörək olan kartof və qarğıdalı becərilir ki, bu da ikinci əkinin əkilməsi üçün yaxşı imkan verir . Bundan başqa dövlət tərəfindən ikinci əkin üçün hər hektara 50 manat, həm də 70 faiz güzəştlə gübrə də verilir.
Vasif Vaqifoğlu – Rəşad Əlisgəndərov – Space Ağstafa