İkibaşlı pişik doğuldu

  • SpaceTV
  • 12 Dekabr 2019 15:48

Tailandda İran pişiyi ikibaşlı bala doğub.

Xəbəri “Bangkok Post” dərgisi yayıb.

Tailandın Ratburi əyalətində yaşayan sakin bildirib ki, onun pişiyi bir neçə bala dünyaya gətirib. Onlardan biri isə ikibaşlı doğulub.

Mutasiya səbəbindən körpə pişik nəfəs almaqda çətinlik çəkir. Lakin sahibi onu sağlam həyata qaytarmaq üçün əlindən gələn hər şeyi edəcəyini bildirib.

Paylaş

 Xəbəriniz olsun