İki yük avtomobili toqquşdu

  • SpaceTV
  • 28 Sentyabr 2019 15:23

 İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maşınlardan hər ikisi ağır tutumlu yük avtomobili olub. Hər iki nəqliyyt vasitəsinə ciddi ziyan dəyib və hadisə yerində müvəqqəti olaraq gediş-gəliş çətinləşib. 

Hadisə Bakı – Qazax yolunun 220-ci kilometrliyində, rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı yük avtomobili Ucar istiqamətində hərəkətdə olarkən arxadan gələn mişar daşı ilə dolu “Kamaza çırpılıb. Nəticədə “Kamaz” yoldan çıxaraq aşıb. Hadisə zamanı “Kamaz”ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun