İki yeni qatar xəttə buraxılıb – VİDEO

  • SpaceTV
  • 15 Sentyabr 2020 12:49

Bakı metropoliteni iki yeni qatar xəttə buraxıb. Space TV xəbər verir ki, vaqonlarda yerləşdirilən ultrabənövşəyi lampalar vaqon salonunda havanın təmizlənməsi funksiyasını da yerinə yetirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla havanın salonlarda bərabər paylanmasına xidmət edir.

Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar var.

Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.

Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.

Qeyd edək ki, “Bakı Metropoliteni” 2015-ci ildə 15, 2018-cı ildə 10, ötən il 30, bu il isə 20 yeni tipli vaqon alıb.

Orxan Şükür, Həsənağa Dadaşov, Space TV

Paylaş

 Xəbəriniz olsun