İki üzgüçümüz Paralimpiya Oyunlarına vəsiqə qazandı

  • SpaceTV
  • 27 Fevral 2020 14:42

Daha iki idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

SPACE TV  xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək, Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandasına daha iki lisenziya ayırıb.

Lisenziyaları qadın üzgüçümüz – dünya reytinqində ilk onluqda olan Dana Şandıbina və ötən il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə edib.

Paylaş

 Xəbəriniz olsun